Ana Sayfa > Xəbər > "Qarışanın boynunu qıraram" - Kənan həyat yoldaşından danışdı

"Qarışanın boynunu qıraram" - Kənan həyat yoldaşından danışdı


8-01-2016, 16:33. Yazar: admin
"Qarışanın boynunu qıraram" - Kənan həyat yoldaşından danışdı
Tanınmış rejissor Kənan MM həyat yoldaşı müğənni Aygündən danışıb. Emosional rejissor hər zaman olduğu kimi yenə də səmimiyyəti ilə seçilib:

"Aygünə qadağa qoymamışam. Hələ ki, uşaq böyüdür. İnsanın öz ağlı məncə ona kifayətdi, qadağaya nə gərək var?! Xanım üçün əvvəl ailə, sonra sənət".

"Kənan sizin Aygün xanımla birgə fotonuzu paylaşanda çox zaman, hər kəsə təəccüb gəlir ki, sizin kimi ciddi xarakterə malik biri müğənni xanımla evləndi" - fikrinə Kənan MM belə reaksiya verib:

"Müğənni xanımla evlənən ciddi deyil ki? Mənim həyatımda baş verən hər hansı bir hadisə yalnız öz razılığım ilə baş tutur. Hələ heç bir şey həyatıma anidən daxil olmayıb. Ailəmi özüm qurmuşam, qarışanın da boynunu qıraram. Bunu deyirəm də, edərəm də... Ailə müqəddəs şeydi. Mən iki halda vəhşiyə dönə bilirəm. Bir müqəddəslərimə toxunanda, bir də ki, ailəmə... Müqəddəslərim Əhli- Beyt, Hz.Məhəmməd Peyğəmbər (s.a.v) və onun ailəsi, ailəm də ki, məlumdur".

Geri dön