Ana Sayfa > Xəbər > SEPAH-dan HƏDƏ: “Səudiyyə şahzadələrini Səddam Hüseynin aqibəti gözləyir”

SEPAH-dan HƏDƏ: “Səudiyyə şahzadələrini Səddam Hüseynin aqibəti gözləyir”


8-01-2016, 13:52. Yazar: admin
SEPAH-dan HƏDƏ: “Səudiyyə şahzadələrini Səddam Hüseynin aqibəti gözləyir”
İran İslam İnqilabının Mühafizəsi Korpusunun (SEPAH) komandan müavini və briqada generalı Hüseyn Salami Səudiyyə Ərəbistanının öz siyasətindən əl çəkməyəcəyi halda bir neçə ilə dağılacağını deyib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, iranlı general Ər-Riyadın öz yaratdığı dalğa altında qalacağını əlavə edib. “Səudiyyə Ərəbistanı Səddam Hüseynini yolunu gedir. İranla müharibə edən, rühaniləri edam edən və öz xalqını istismar edən Səddamın miskin sonluğu hər kəsə məlumdur. Səudiyyə şahzadələrini də eyni aqibət gözləyir”.
Bundan əvvəl, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd bin Salman İranla müharibənin olmayacağını demişdi. Onun fikrincə, bu hər iki ölkə üçün faciə olardı.

Şiə ruhanisi Nimr ən-Nimri edam olunduqdan sonra Tehran və Ər-Riyad arasında gərginlik yüksək həddə çatıb.

Geri dön