Ana Sayfa > Xəbər > Şiələr Səudiyyəni bombaladı

Şiələr Səudiyyəni bombaladı


8-01-2016, 11:52. Yazar: admin
Şiələr Səudiyyəni bombaladı
Ənsarullah hərəkatı (Husilər) Yəməndən Səudiyyə Ərəbistanının Cazan şəhərini minaatanlardan atəşə tutub.

Axar.az xəbər verir ki, hücum zamanı 1-i uşaq olmaqla, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Bundan əlavə, Səudiyyənin Hava Hücumundan Müdafiə Qüvvələri son 24 saat ərzində Yəməndən atılan 2 raketi məhv edib.

Qeyd edək ki, Husilər ötən ilin dekabrında Səudiyyənin 300 hərbi bölgəsini raketlərlə vurulacaq siyahıya salıb.

Geri dön