Ana Sayfa > Xəbər > ABŞ-ın məxfi Suriya planı AÇIQLANDI
ABŞ-ın məxfi Suriya planı AÇIQLANDI6-01-2016, 16:11. Yazar: admin |
Ağ Ev Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getmə tarixinin 2017-ci ilin martı olduğunu düşünür. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya münaqişəsi ilə məşğul olan ekspertlərə gönədilən məxfi sənədə əsasən Bəşə Əsəd yeni Amerika prezidentinin hakimiyyətə gəlişindən 2 ay sonra postundan getməli olacaq. Noyabr ayında Vyana görüşü zamanı BMT-nin bayrağı altında əldə edilən razılaşmaya görə Suriyada prezident seçkiləri 2017-ci ilin avqusutunda keçirilməlidir. Buna qədər isə ölkəni keçid hökuməti idarə edəcək. Yanvarın 25-də Cenevrə şəhərində keçiriləcək növbəti konfransda yeni detalların razılaşması gözlənilir. Lakin Rusiya ilə ABŞ arasında məsələyə yanaşma fərqli olduğu üçün danışıqların xeyli uzanacağı da gözlənilir. Amerikalıların təklifinə əsasən aprel ayında ölkədə təhlükəsizliklə bağlı xüsusi komitə yaradılacaq və geniş amnistiya elan olunacaq. May ayında isə Suriya parlamentinin buraxılması və siyasi islahatların başlanması nəzərdə tutulur. 2016-cı ilin dekabrına qədər Suriyanın yeni konstitusiyası hazırlanmalı və 2017-ci ilin dekabrında bununla bağlı referendum keçirilməlidir. Ehtimal olunur ki, Əsəd 2017-ci ilin martında hakimiyyəti keçid hökumətinə təhvil verməlidir. Amma Rusiya və İran Suriyanın gələcəyində Bəşər Əsədin iştirakını vacib bilir və onun yeni seçkilərdə namizədliyi irəli sürməsi hüququnu dəstəkləyir. Geri dön |