Ana Sayfa > Xəbər > Gəncədə mənzilə basqın edən maskalı şəxslər saxlanılıb

Gəncədə mənzilə basqın edən maskalı şəxslər saxlanılıb


6-01-2016, 13:01. Yazar: admin
Gəncədə mənzilə basqın edən maskalı şəxslər saxlanılıb
Gəncə şəhərində mənzilə basqın edən şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk edib. Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov saxlanılıblar. S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Geri dön