Ana Sayfa > Xəbər > "Apple" istehsalını aşağı saldı

"Apple" istehsalını aşağı saldı


6-01-2016, 11:12. Yazar: admin
"Apple" istehsalını aşağı saldı
“Apple” şirkəti iPhone 6 modellərinin istehalını azaldıb.

ANS PRESS-in məlumatına görə, istehsalın azaldılması fonunda şirkətin səhmləri dəyərini itirməyə başlayıb. Beləki, NyuYork bazarında “Apple” səhimlərinin qiyməti 2.8% aşağı düşüb.

2016-cı ilin birinci rübündə Amerika şirkəti “Apple” yeni smartfon modelləri olan, iPhone 6s və iPhone 6s Plus-un istehsalını 30% azaldacaq.

Yapon qəzeti “Nikkei” nin məlumatına görə, şirkətin planlarında iPhone 6 və iPhone 6 Plus modellərinin istehsal həcmininin keçmiş modellərin səviyyəsində saxlamaq var idi, lakin dünya üzrə satışların aşağı düşməsi planları dəyişdir.
Apple analitkləri düşünürlər ki, 6s və 6sPlus modellərinin istehsalının azaldılması əvvəlki modellərin satılmasına imkan yaradacaq.

Apple 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.

Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik edir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.

Geri dön