Ana Sayfa > Xəbər > Bu gün Horadiz əməliyyatından 21 il ötür
Bu gün Horadiz əməliyyatından 21 il ötür5-01-2016, 17:32. Yazar: admin |
![]() Bu gün Horadiz əməliyyatından 21 il ötür. SalamNews xəbər verir ki, bununla bağlı ehtiyatda olan polkovnik və zabit heyəti əvvəlcə Birinci Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, daha sonra isə Şəhidlər Xiyabanında şəhidləri yad ediblər. Ehtiyatda olan polkovnik Ramaldanov Şair açıqlama verərək qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ilin yanvarın 5-dən başlanıb, hücum əməliyyatının nəticəsində 22 kənd, o cümlədən Horadiz qəsəbəsi azad edilib: "Bu əməliyyatın banisi ümummilli liderimiz Heydər Əliyev olub. Onun xalqa, Qarabağda olan vəziyyət ilə bağlı müraciətindən sonra səfərbər edilib. Hücum əməliyyatımızın nəticəsində 17 şəhid, 43 yaralı vermişik." Onun sözlərinə görə, general-polkovnik Zakir Həsənov tərəfindən cəbhədə bütün zəruri tədbirlər görülür, təlimlər davam etdirilir: "Bu gün Müdafiə Nazirliyinin şəxsi heyətində ruh yüksəkliyi var. Bizim ali baş komandan Prezident İlham Əliyev dəfələrlə silahlı qüvvələrə öz müsbət qiymətini verib. Mən sadəcə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri Ali baş komandanın tapşırığını yerinə yetirməyə hər an hazır vəziyyətdədir." Xatırladaq ki, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb və 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Serj Sarqsyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçib və qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyib. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəlib. Aramsız atışmaların sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə erməni tərəfinin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Geri dön |