Ana Sayfa > Xəbər > “Grandmart”də müştəriyə kələk gəliblər? - FOTO-FAKT
“Grandmart”də müştəriyə kələk gəliblər? - FOTO-FAKT5-01-2016, 17:16. Yazar: admin |
![]() Məşhur supermarketlər şəbəkəsi olan "Grandmart” müştəriləri aldadırmı? Alıcılardan biri "Qafqazinfo”ya bildirib ki, bu gün Yasamal r-nu. İ.Qutqaşınlı küçəsində yerləşən marketdə etdiyi alış-veriş zamanı məhsulun üzərindəki qiymətlə çekdə qeyd olunan qiymətin eyni olmadığını görüb. Belə ki, onun aldığı məhsulun üzərində qiymət 24,90 yazılsa da, kassada qiymət 26,96 manat hesablanıb: "Vitrində yanımda xurmanın üstünə qiymətini vurdular. Çıxışda isə kassa çekində başqa qiymət yazıldığını gördüm. Şikayət etdiyim zaman işçilər məndən çekləri almaq istədilər, lakin vermədim. Çox zaman çekdəki qiymətlərə baxmırıq. Media vasitəsi ilə bu hadisəni işıqlandıraraq alıcıları daha diqqətli olmağa çağırıram”. Məhsulun üzərindəki və çekdə qeyd olunan qiymətlər: ![]() Geri dön |