Ana Sayfa > Xəbər > Rusiya Ermənistana yeni döyüş təyyarələri verəcək

Rusiya Ermənistana yeni döyüş təyyarələri verəcək


5-01-2016, 16:57. Yazar: admin
Rusiya Ermənistana yeni döyüş təyyarələri verəcək
Rusiya 2016-cı ilin 2-ci yarısında Ermənistanda yerləşən Erebuni hərbi bazasına MiQ-29 təyyarələrinin yeni bölüyünü göndərəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, 4-cü nəsil çoxfunksiyalı MiQ-29 təyyarələri ilə yanaşı, hərbi bazaya Mi-8 nəqliyyat helikopteri də yerləşdiriləcək.

2001-ci ilin iyulundan etibarən Yerevan yaxınlığındakı Erebuni aerodromunda 18 təyyarədən ibarət döyüş eskadrilyası mövcuddur. Türkiyə ilə münasibətlər gərginləşdirkdən sonra isə Rusiya 2015-ci ilin son aylarında Erebunidə 13 döyüş və nəqliyyat helikopteri yerləşdirib.

Geri dön