Ana Sayfa > Xəbər > “Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmir”
“Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmir”5-01-2016, 16:44. Yazar: admin |
![]() “Azərbaycan cəmiyyəti radikalizmi qəbul etmir” Bunu SalamNews-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı cəmiyyətə xaos gətirməyə çalışan, Azərbaycanın əldə etdiyi uğurlara problem yaradan, onu ərəb ölkələrinə çevirən, kataklizm üzərində siyasətini quran qüvvələri yaxşı qarşılamır: “Bizim cəmiyyətə, bu gün normal münasibətlər sistemində öz işini qurmayan, xalqın problemlərini gündəmə gətirən, bu problemlər üzərində öz ambisiyalarını həyata keçirən qüvvələr lazım deyil. Ona görə də 2015-ci ildə özünü radikal müxalifət adlandıran Müsavat Partiyasından və Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) ciddi qopmalar oldu”. F.Ağamalının sözlərinə görə, özünü müxalifət adlandıran partiyalar faktiki olaraq ofis partiyalarına çevriliblər: “Onların bundan sonra fəaliyyəti və cəmiyyətə təsiri sıfıra bərabərdir. Məhz bu səbəbdən onların tarixin arxivinə qovuşması qaçılmaz olacaq”. Geri dön |