Ana Sayfa > Xəbər > Azərbaycanlı aktyor qəza keçirdi

Azərbaycanlı aktyor qəza keçirdi


5-01-2016, 16:11. Yazar: admin
Azərbaycanlı aktyor qəza keçirdi
Aktyor Ruslan Sabirlinin başına iş gəlib.

Vertikal.az-ın lent.az-a istinadən xəbərinə görə, aktyor bildirib ki, avtomobil qəzası keçirib. Onun sözlərinə görə, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi “Hyundai” markalı avtomobil elektrik dirəyinə çırpılıb:

“Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı”.

Qeyd edək ki, R.Sabirli “Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında rol alıb.

Geri dön