Ana Sayfa > Xəbər > İran-Səudiyyə: Yaxın tarixin qanlı hadisələri – VİDEO

İran-Səudiyyə: Yaxın tarixin qanlı hadisələri – VİDEO


5-01-2016, 16:01. Yazar: admin
İran-Səudiyyə: Yaxın tarixin qanlı hadisələri – VİDEO
Səudiyyə Ərəbistanı yanvarın 3-də İranla diplomatik əlaqələri, yanvarın 4-də isə hava nəqliyyatı və ticari münasibətləri dayandırdı. Buna səbəb Tehrandakı səfirliyə hücum oldu: nümayişçilər Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimrin edamından sonra diplomatik nümayəndəlik yandırılmışdı.

Şeyx Nimr əl-Nimr Səudiyyə Ərəbistanında şiə azlığın dini liderlərindən biridir. O, rkal ailəsinin avtoritar hakimiyyətinə qarşı çıxırdı.

Şeyx Səudiyyə Ərəbitanında azad seçkilərin keçirilməsini tələb edirdi və şiələrin məskunlaşdığı şərq bölgəsinin ayrıla biləcəyi ilə hədələyirdi. Bununla belə, Nimr əl-Nimr zorakı mübarizə üsullarını dəstəkləmirdi və İranla məsafə saxlamağa çalışırdı. 2011-2012-ci illərdə əl-Nimr “ərəb baharı” dalğasında Səudiyyə Ərəbistanında hakimiyyət əleyhinə etirazların liderlərindən biri idi. 2012-ci ilin iyulunda din xadimi həbs edildi: hakimiyyət bəyan etdi ki, o, polis əməkdaşlarına atəş açmaqla müqavimət göstərib. Şeyx kütləvi iğtişaşlara təhrikdə, hakimiyyətə tabe olmamaqla və polisə müqavimətdə ittiham olunurdu. 2014-cü ildə Nimr əl-Nimr ölüm hökmünə məhkum edildi.

İran və Səudiyyə Ərəbistanı arasındakı son münaqişə son 30 il ərzində iki ölkənin ən böyük qarşıdurması idi. 1987-ci ildə Həcc ziyarəti zamanı iranlı zəvvarlar Səudiyyə polisi ilə toqquşmuşdu. İğtişaşlar nəticəsində 400-dən çox adam ölmüşdü.

Buna cavab olaraq Tehranda kütləvi aksiyalar keçirilmiş, Səudiyyə Ərəbistanının səfirliyi dağıdılmışdı. 1988-ci ildə ölkələr arasında əlaqələr kəsildi və üç il sonra bərpa edildi. 2000-ci illərdə münaqişəyə yeni bəhanə İranın nüvə proqramı oldu. İran rəhbərliyi uzun müddət nüvə silahı əldə etməyə çalışmaqda ittiham edilirdi.

İran və Sudiyyə Ərəbistanı Yaxın Şərqdəki münaqişələrdə əks mövqelərdə dayanırlar.

Suriyada iranlılar Bəşər Əsəd rejimini dəstəkləyir. Hökumət qoşumlarının tərkibində İran İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri və İranla yaxınlığı olan “Hizbullah” hərəkatının üzvləri də döyüşürlər. Səudiyyə Ərəbistanı isə Bəşər Əsədin hakimiyyətdən devrilməsinə çalışır.

Yəməndə iranlılar 2014-cü ildə paytaxt Sənanı ələ keçirən və prezident Əbd Rəbbu Mənsur Hadini ölkədən qaçmağa vadar edən husi üsyançıları dəstəkləyir. Qovulan prezidenti dəstəkləyən Səudiyyə Ərəbistanı isə husilərə qarşı hərbi əməliyyatlar aparır.

Səudiyyə Ərəbistanı ABŞ-ın İslam dünyasındakı əsas müttəfiqi, İran isə əsas rəqibidir. Amerikalılar uzun müddət Səudiyyə Ərəbistanındakı bazalardan istifadə edib, 2003-cü ilədək ABŞ hətbi hava qüvvələrinin ən iri komanda mərkəzi orada yerləşib.

Səudiyyə Ərəbistanı ABŞ-ın “İraq Şam İslam Dövləti” terror təşkilatına qarşı yaratdığı beynəlxalq koalisiyanın üzvüdür. İranın isə ABŞ-la heç diplomatik münasibətləri də yoxdur. Bu münasibətlər 1980-ci ildə Tehranda Amerika səfirliyinin ələ keçirilməsindən sonra dayandırılıb.


Geri dön