Ana Sayfa > Xəbər > Tofiq Bəhramov haqlı çıxdı - Top qapı xəttini keçib

Tofiq Bəhramov haqlı çıxdı - Top qapı xəttini keçib


5-01-2016, 13:55. Yazar: admin
Tofiq Bəhramov haqlı çıxdı - Top qapı xəttini keçib
DÇ-1966-cı finalında keçirilmiş İngiltərə - AFR (Almaniya Federativ Respublikası) matçında azərbaycanlı hakim Tofiq Bəhramovun verdiyi qalmaqallı qərar yenidən müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, “Sky Sport” telekanalında yayımlanan verilişidə ekspert kimi “Liverpul”un sabiq futbolçusu Ceymi Karrager və kanal əməkdaşı Ed Çemberlin iştirak ediblər.

Verilişdə müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyənləşdirilib və burda həmyerlimiz Tofiq Bəhramov haqlı çıxıb.

Ceymi Karragger də bu məsələ ilə bağlı fikirlərini bildirib: “Göründüyü kimi azərbaycanlı laysman Tofiq Bəhramov haqlıdır. Top qapı xəttini keçib. Almanlar artıq şikayət edə bilməzlər”.

Qeyd edək ki, 50 il əvvəl keçirilmiş matçda İngiltərə yığması almanlara 4:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib.

Geri dön