Ana Sayfa > Xəbər > Goranboyda "zapravka"nı partlatmaq istəyən şəxs yaxalandı
Goranboyda "zapravka"nı partlatmaq istəyən şəxs yaxalandı5-01-2016, 13:52. Yazar: admin |
Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib. Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib. Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib. Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub. Geri dön |