Ana Sayfa > Xəbər > “2016-cı il Dağlıq Qarabağ üçün daha ağır il olacaq”

“2016-cı il Dağlıq Qarabağ üçün daha ağır il olacaq”


5-01-2016, 13:48. Yazar: admin
“2016-cı il Dağlıq Qarabağ üçün daha ağır il olacaq”
“2016-cı il Qarabağla bağlı daha ağır, daha çətin illərdən biri olacaq”.

Bu fikirləri SalamNews-a açıqlamasında hərbçi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, yeni 2016-cı təqvim ili yavaş-yavaş öz sürətini toplayır: “Əgər rəmzi olaraq bu ili yola düşən qatara bənzətsək, onda 366 gün yol gedəcək bu qatar yəqin ki, qət edəcəyi məsafədə çoxlu insanlar düşürəcək, çox hadisələrin şahidi olacaq. Sözsüz ki, bizi bu ilin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində necə olacağı çox düşündürür. İlin arxada qalan 5 günü ərzində cəbhədə atəşkəs rejimi ermənilər tərəfindən dəfələrlə pozulub. Şükürlər olsun ki, itkilər yoxdur. Bu sərt qış vaxtı ön xəttə dayanan əsgər və zabitlərimizin həyatı hər an təhlükə altında qalır. Amma, biz unutmamalıyıq ki, bu il Qarabağla bağlı daha ağır, daha çətin illərdən biri olacaq. Əgər 2015-ci ildə bu məsələnin həlli üçün çox unikal şanslar və imkanlar mövcud idisə, bu il həmin münbit şərait yenidən yarana bilər”.

“Nəzəri baxımdan mən heç nəyi istisna etmirəm, amma bəzi bəlli obyektiv və subyektiv səbəblərdən münaqişənin həlli ilə bağlı məsələnin daha bir il uzanacağı qənaətinə gəlirəm. Bu müddət ərzinə biz maksimum çalışmalıyıq ki, erməni təxribatları nəticəsində qoşunların təmas xəttində yerləşən hərbçilərimizin həyatını qoruyaq. Çünki arxada qalan 2015-ci ildə də bizim xeyli sayda xain gülləsindən dünyasını dəyişib şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz oldu”, - deyə polkovnik-leytenant bildirib.


Geri dön