Ana Sayfa > Xəbər > Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Apellyasiya Məhkəməsinə müraciət edib

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Apellyasiya Məhkəməsinə müraciət edib


5-01-2016, 13:41. Yazar: admin
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Apellyasiya Məhkəməsinə müraciət edib
Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bu barədə APA-ya R. Nurullayev məlumat verib. O deyib ki, AXCP-nin oktyabrın 18-də keçirilən qurultayının nəticələrini araşdırmaqla bağlı işi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi icraata götürmədiyindən, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də, R. Nurullayevin rəhbərlik etdiyi AXCP isə oktyabrın 18-də qurultay keçirib, hər iki tərəf qurultayın nəticələrinin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi isə tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edib.

Geri dön