Ana Sayfa > Xəbər > Bölgədə yeni MÜHARİBƏ ALOVU
Bölgədə yeni MÜHARİBƏ ALOVU5-01-2016, 10:54. Yazar: admin |
![]() Üç gün öncə Səudiyyə Ərəbistanında şiə camiasının lideri ayətullah Nimr əl Nimrənin edam edilməsi Tehranla Ər-Riyadın münasibətlərinin pozulmasına gətirib çıxardı. İranın edam faktına kəskin reaksiyası Səudiyyənin cənub qonşumuzla diplomatik əlaqələrini tamamilə kəsməsinə səbəb oldu. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham və hədələrlə “atəşə tutdu”. İran bir az da irəli gedərək müsəlman dövlətlərini edam hadisəsinə görə, Səudiyyə Ərəbistanını qınamağa çağırdı. Bəs ərəb dünyasında baş verən çaxnaşmanın fonunda hadisələrin rəngarəngliyinə İranın da əlavə olunması nə ilə nəticələnə bilər? Bölgədə yeni müharibə alovlana bilərmi? Məsələnin pərdəarxasında nə dayanır? Səudiyyə Ərəbistanı edam sonrası İranın bu cür təpki ilə üzləşəcəyini hesablamışdımı? Bəs Yaxın Şərqdə baş verənlərin daha da mürəkkəbləşməsi Azərbaycana hansı şəkildə təsir edə bilər? Hər iki dövlətlə tərəfdaş olan ölkəmiz Tehranın ya Ər-Riyadın yanında yer alacaq? Məsələyə hafta.az vasitəsi ilə münasibət bildirən Azərbaycanın İrandakı səfirliyinin keçmiş əməkdaşı, ekspert Sədrəddin Soltan deyib ki, Tehran- Ər-Riyad qarşıdurması Orta Şərqdə gərginlik davam edənədək sürəcək: “İranla Səudiyyə Ərəbistanı arasında münasibət 1979-cu il inqilabından sonra kəsilmişdi. İran-İraq müharibəsi zamanı aəyətullah Xomeyni bəyan etmişdi ki, Kərbəla və Nəcəfi azad etdikdən sonra Qüds və Kəbəni də kafirlərdən təmizləyəcəyik. O, bunu da deyib ki, İran ABŞ və İsraillə əməkdaşlıq edə bilər, ancaq Səudiyyə Ərəbistanı ilə heç vaxt münasibət qurmayacaq. İranın Yəməndə husiləri, Suriyada Bəşşar Əsədi açıq-aşkar dəstəkləməsi Ər-Riyadala Tehranın iki fərqli cəbhədə olduğunun göstəricisidir. Hər iki dövlətin rəsmiləri biri-birni terroru dəstəkləməkdə ittiham edir. Bütün bunlar Orta Şərqdə neftlə zəngin olan iki dövlətin qarşılıqlı düşmənliyindən xəbər verir. Diplomatik əlaqələr olsa da bunu dövlətarası münasibətlərin normallaşdığı kimi qəbul etmək doğru olmazdı. Son zamanlar Səudiyyə Ərəbistanının terrorçuluğa qarşı mübarizə koalisiyasına İranı çağırmaması kimi amillər son hadisənin gözlənilməz olmadığını deməyə əsas verir”. Politoloqun sözlərinə görə, hətta Nimr əl-Nimrə qarşı edam hökmü çıxarılanda da İranmeyillilər etiraz aksiyaları keçirmişdi: “Odur ki, Nimrin edamı da gözlənilməz deyildi. Bölgədə siyasi oyunlar mürəkkəbləşir. Bu baxımdan dostlar və düşmənlər müəyyənləşdirliməlidir. Başqa sözlə kim -kiminlə eyni sıradadır. Krallıq Qərbin müttəfiqi sayıldığından bu həm də bölgədə Qərbin müttəfqilərinin müəyyənləşməsi deməkdir. Azərbaycan bu məsələyə müdaxilə etməsi mümkünsüzdür. Onun ölkəmizə elə ciddi təsir edəcəyi gözlənilmir. Çünki bu, Azərbaycanın yerləşdiyi bölgədə deyil, fərqli müstəvidə gedən geosiyasi mübarizədir. Vəziyyət daha da gəriginləşərsə, bu özünü yalnız neftin qiymətlərində göstərən zaman Azərbaycana təsirini hiss etmək olar”. Geri dön |