Ana Sayfa > Xəbər > Bakının iki böyük prospektində tıxac yaranıb

Bakının iki böyük prospektində tıxac yaranıb


5-01-2016, 10:36. Yazar: admin
Bakının iki böyük prospektində tıxac yaranıb
Bu gün səhər saatlarından Bakının Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Report" xəbər verir ki, bir həftədir dördzolaqlı yolun iki zolağında nəqliyyatın hərəkəti təmir işləri ilə əlaqədar məhdudlaşdırılıb. Nəticədə, ancaq iki zolaq üzrə hərəkət etməli olan avtomobillərin sıxlığı yaranır.

Bundan başqa, eyni vəziyyət Neftçilər prospektində də müşahidə edilir. Belə ki, prospektin iki hərəkət zolağında hazırda təmir işləri görülür. Bununla əlaqədar, ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranır.

Geri dön