Ana Sayfa > Xəbər > Prezidentliyə keçmiş namizəd Buşla gizli görüşündən danışdı
Prezidentliyə keçmiş namizəd Buşla gizli görüşündən danışdı5-01-2016, 10:23. Yazar: admin |
Keçmişdə Amerika prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Mitt Romni builki prezident marafonunun favoritlərindən sayılan Ceb Buşla gizli görüşü barədə danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ilin yanvarında baş tutan görüş zamanı Romni Buşa Hillari Klintonu məğlub edə bilməycəyi ilə bağlı xəbərdarlıq edib: “Ceb, açıq danışsaq, məncə, sənə Hillari Klinton qarşısında duruş gətirmək çox çətin olacaq”. Bundan başqa, prezidentliyə keçmiş namizəd Ceb Buşun qardaşının (Corc Buş) dövrü ilə Hillari Klintonun əri Bill Klintonun prezidentlik dövrünün müqayisəsinin respublikaçlar üçün heç də yaxşı nəticə verməyəcəyini deyib. Ceb Buşun mətbuat xidməti isə Mitt Rominin açıqlamalarının tərəflər arasında görüşün gizli qalması ilə bağlı razılaşmanı pozduğunu bildirib. Geri dön |