Ana Sayfa > Xəbər > Fahişə pulunu yedi, arvadından qorxub səsini çıxarmadı

Fahişə pulunu yedi, arvadından qorxub səsini çıxarmadı


9-04-2015, 11:03. Yazar: admin
Fahişə pulunu yedi, arvadından qorxub səsini çıxarmadı
Türkiyədə bir kişi internetdə tanış olduğu eskort (bahalı fahişə) tərəfindən aldadıb.

ANS PRESS-in məlumatına görə, Zonguldağda yaşayan B.K qadınla pul qarşılığında razılığa gəlib görüş planlaşdırıb.

Eskort qadının istədiyi 800 türk lirəsini onun bank hesabına köçürdükdən sonra görüşün baş tutmadığını görüncə aldadıldığını anlayıb.

Mədəndə çalışan B.K. onu aldadan qadınla eksort biznesi ilə məşğul olan internet saytından götürdüyü telefon nömrəsi ilə əlaqə saxladığını deyib. Bir neçə telefon danışıqlarında fahişə qadın kişidən 300, 200 və sonda 300 türk lirəsi hesabına yatırmasını istəyib. Kişi qadının bütün tələblərini yerinə yetirsə də, qarşı tərəf hər dəfə bir bəhanə ilə görüşü təxirə salıb.

Vüsala çatmayan mədən fəhləsi, əsəbi halda polisə zəng vuraraq qasın tərəfindən aldadıldığını bildirir. Şikayət ərizəsi yazmaq üçün polis idarəsinə dəvət edilsə də, həyat yoldaşının hadisədən xəbər tutacağından qorxub şikayətindən vaz keçir. O, şikayətindən vaz keçsə də, hüquq-mühafizə orqanları hadisəni araşdırmağa başlayıblar. Hazırda eskort saytı işlədənlərin və pullu seks xidməti göstərən qadınların saxlanılması yönündə iş gedir.

Geri dön