Ana Sayfa > Xəbər > Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb

Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb


25-12-2015, 15:27. Yazar: admin
Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Səbəb M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

M.Əhmədovun vəkili bu qərardan şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Geri dön