Ana Sayfa > Xəbər > Bir kilo gilas 98 manat

Bir kilo gilas 98 manat


25-12-2015, 13:26. Yazar: admin
Bir kilo gilas 98 manat
Dolların məzənnəsinn bahalaşmasından sonra bütün ölkə boyu qiyməy artımı davam etməkdədir. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 30-80 faiz bahalaşma müşahidə olunur. Hafta.az-ın əməkdaşının verdiyi məlumata görə, Bakıda "Sahil" metrostansiyasının yaxınlığlnda yerləşən dükanların birində isə yay meyvəsi olan gilasın 0,5 kg 48 azn-ə satışa çıxarılb. Kilosu isə 98 manat hesablanır.

Daima dükanın müştərisi olan Bakı sakininin hafta.az-a verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:

"Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsullarında və meyvələrdə müşahidə olunur".

Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiyməyə satırlar. Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub qış aylarında satışa çlxarılması məqsədi ilə xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib.

Geri dön