Ana Sayfa > Xəbər > Kvirikashvili baş nazirliyə namizəddir
Kvirikashvili baş nazirliyə namizəddir25-12-2015, 11:39. Yazar: admin |
|
Gürcüstanın hakim Gürcü Arzusu koalisiyası xarici işlər naziri Giorgi Kvirikashvili-nin namizədliyini baş nazir postuna irəli sürüb. 48 yaşlı Kvirikashvili dekabrın 25-də rəsmən koalisiyanın baş nazirliyə namizədi elan olunacaq O, həmin vəzifədə Irakli Garibashvili-ni əvəzləyəcək. Garibashvili dekabrın 23-də istefa verib və hələlik baş nazir vəzifəsini icra edir. Kvirikashvili-ni posta parlament təsdiqləməlidir. Garibashvili-nin də onun namizədliyinə razılaşdığı bildirilir. Kvirikashvili 4 potensial namizəd arasından seçilib. O, bu ilin sentyabrından bəri xarici işlər naziridir. Daha öncə iqtisadiyyat naziri olub. Geri dön |