Ana Sayfa > Xəbər > Rusiyada müsəlmanlara yeni müfti təyin edildi

Rusiyada müsəlmanlara yeni müfti təyin edildi


24-12-2015, 17:31. Yazar: admin
Rusiyada müsəlmanlara yeni müfti təyin edildi
Tatarıstan müftisi Kamil Samiqullin Rusiya müsəlmanlarının yeni ali müftisi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Qərar Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin iclasında verilib. O, fitvaların verilməsi, dini ədəbiyyat proqramlarının hazırlanması və monitorinqi, eyni zamanda radikallığın yoxlanılması işlərini görəcək”, - bu postda uzun müddət olmuş Talqat Tacuddin deyib.

Qeyd edək ki, Tacuddin müfti vəzifəsindən ayrılsa da, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri postunda qalacaq.

Geri dön