Ana Sayfa > Xəbər > "Cənab prezident, əmrinizi gözləyirik" - Qarabağ döyüşçüləri prezidenti təbrik etdi

"Cənab prezident, əmrinizi gözləyirik" - Qarabağ döyüşçüləri prezidenti təbrik etdi


24-12-2015, 13:40. Yazar: admin
"Cənab prezident, əmrinizi gözləyirik" - Qarabağ döyüşçüləri prezidenti təbrik etdi
"Bu gün bütün Azərbaycan xalqı və həmçinin Laçın rayonundan olan 1-ci Qarabağ müharibəsi döyüşçüləri Sizin bir Ali Baş Komandan kimi əmrinizdəyik və Sizdən o Müqəddəs Əmri - Qarabağın azadlığı üçün SAVAŞ ƏMRİNİ səbirsizliklə gözləyirik". Bu sözlər Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin prezident İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Təbrik müəllifləri daha sonra yazırlar: "Məlumdur ki, dünyada gedən iqtisadi böhrana rəğmən məhz Sizin şəxsi keyfiyyətləriniz, bacarıqlı dövlət başçısı olmanız səbəbindən ölkəmiz maksimum dərəcədə istənilən təhlükədən sığortalanır və bu siyasət millətimiz tərəfindən təqdir olunur.

Təbii ki, belə olan təqdirdə Azərbaycan xalqının üzərinə düşən də prezidentinin arxasında dayanmaq, onun yürütdüyü siyasətin ən əsas olaraq Qarabağın azadlığı ilə nəticələnməsinə səbəb olması üçün daima dövlət başçısına dəstək verməkdir.

Bizlər - Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsinin nümayəndələri olaraq Sizə uzun ömür, can sağlığı arzulayırıq.

Uca Yaradan Sizi bu millətin və dövlətin başının üstündən əskik etməsin və bizə Sizin əmrinizlə Qarabağda azadlıq naminə savaşı qismət eləsin.

Bir daha Sizi təbrik edirik və uğurlar arzulayırıq.

Hörmətlə,
Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon şöbəsi"

Geri dön