Ana Sayfa > Xəbər > Türmədəki dələduz ananın dələduz oğluna 8 il həbs verildi

Türmədəki dələduz ananın dələduz oğluna 8 il həbs verildi


24-12-2015, 13:08. Yazar: admin
Türmədəki dələduz ananın dələduz oğluna 8 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kəmaləddin Abıyevin cinayəti işi üzrə məhkəmə istintaqı başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, K.Abıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kəmaləddin Adıyev Bakı şəhər sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı 40 min manat dələduzluq etməkdə ittiham olunub. O, zərərçəkmişləri Dubaydan elektrotexnika malları gətirəcəyi adı ilə aldadıb. Cinayət işi üzrə 11 nəfər zərərçəkən var.

Onu da qeyd edək ki, Kəmaləddin Abıyevin anası Əsli Abıyeva da dələduzluq əməli törətdiyinə görə 9 il azadlıqdan məhrum edilib.

Geri dön