Ana Sayfa > Xəbər > Gömrük Komitəsi sahibkarları toplantıya çağırdı

Gömrük Komitəsi sahibkarları toplantıya çağırdı


24-12-2015, 13:07. Yazar: admin
Gömrük Komitəsi sahibkarları toplantıya çağırdı
Dövlət Gömrük Komitəsində sahibkarlarla görüş keçiriləcək. Moderator.az saytı xəbər verir ki. bu barədə komitənin mətbuat xidmətindən bildirlib. Qeyd edilib ki, sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə dekabrın 25-də, saat 10:00-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəyerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində «Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr» mövzusunda seminarın 2-ci mərhələsi keçiriləcək.

Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin(www.dgk.gov.az) “Sahibkarlara dəstək”blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xahiş olunur.

Geri dön