Ana Sayfa > Xəbər > Azərbaycanda övladlığa götürülən uşaqlar - Statistika
Azərbaycanda övladlığa götürülən uşaqlar - Statistika9-04-2015, 10:15. Yazar: admin |
“2014-cü ildə isə xarici ölkə vətəndaşları tərəfindən 4 (hamısı oğlan) azərbaycanlı uşaq övladlığa götürülüb”. AzVision.az xəbər verir ki, bu bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın Trend-ə müsahibəsində deyib. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda 2012-ci ildə yerli ailələr tərəfindən övladlığa götürülən uşaqların sayı 989, 2013-cü ildə isə 961 nəfər olub. Onlardan 2012-ci ildə 226 (145-i qız, 79-u oğlan) nəfəri, 2013-cü ildə isə 204 (102-si qız, 102-si oğlan) nəfəri 1 yaşadək olan uşaqlar olub. 2012-ci ildə övladlığa götürülənlərdən 438 nəfəri (202-si qız, 236-sı oğlan), 2013-cü ildə isə 429 nəfəri (198-i qız, 231-i oğlan) 1-5 yaş arası uşaqlar olub. 6-10 yaşda olan uşaqlardan 2012-ci ildə 195 nəfər, 2013-cü ildə 183 nəfər övladlığa götürülüb. “Bu müddətdə 10 yaşdan yuxarı uşaqların da övladlığa götürüldüyü istisna edilmir. Çünki bu işlərlə Səhiyyə və Təhsil Nazirlikləri də məşğul olur. Ümumiyyətlə, qanunvericiliyimizlə 18 yaşadək şəxsləri övladlığa götürmək mümkündür. Ölkələrarası övladlığa götürməyə gəlincə, 2013-cü ildə bununla bağlı 8 (4-ü qız, 4-ü oğlan) fakt qeydə alınıb. Uşaqları övladlığa götürmüş şəxslərdən 4-ü Rusiya vətəndaşlığını qəbul etmiş azərbaycanlılar olub. Bir halda Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ilk nikahından olan öz övladının yeni ailədə övladlığa götürülməsinə nail olub. Biri İran vətəndaşı ilə ailə quran azərbaycanlı qadın, digər ikisi isə ABŞ və Fransadan olan əcnəbi ailələrdir. Onlardan birində ABŞ-da yaşayan azərbaycanlı buradakı bacısının övladını övladlığa götürüb. İki uşağı Gürcüstan vətəndaşı olan azərbaycanlılar, dördüncü uşağı övladlığa götürənlər isə türk əsilli Almaniya vətəndaşları olub. Xarici ölkə vətəndaşları tərəfindən övladlığa götürülənlərin hamısı 4 yaşına qədər uşaqlar olub”. Vəsilə Möhsümova qeyd edib ki, Azərbaycanda yerli ailələr tərəfindən övladlığa götürülmə ilə bağlı müraciətlərin də sayı artıb. “Məsələn, əgər 2005-ci ildə övladlığa götürülmə ilə bağlı 803 nəfər yerli ailələr tərəfindən müraciət qeydə alınmışdısa, 2013-cü ildə bu müraciətlərin sayı 961 olub. Uşaqların yerli ailələrə övladlığa verilməsinə gəlincə, bu rəqəm 2008-ci ildə 844, 2009-ci ildə 845, 2010-cu ildə 798, 2011-ci ildə 934, 2012-ci ildə 989, 2013-cü ildə isə 961 nəfər olub. 2014-cü illə bağlı yekun rəqəmlərin hesablanması işi isə davam edir. Burada əsasən azyaşlı və sağlam uşaqların övladlığa götürülməsinə meyllilik müşahidə olunur. Əvvəllər yerli ailələr müəyyən qüsurlu uşaqları övladlığa götürürdülərsə, indi tamamilə sağlam uşaqların övladlığa götürülməsinə üstünlük verirlər. Bu, əvvəllər də belə olub, amma son illərdə bu tendensiya daha da artıb” Geri dön |