Ana Sayfa > Xəbər > Rusiyada polisi kətillə döyən azərbaycanlını cərimələdilər
Rusiyada polisi kətillə döyən azərbaycanlını cərimələdilər23-12-2015, 12:58. Yazar: admin |
Rusiyada polisə qarşı güc tətbiq edən 34 yaşlı azərbaycanlını mühakimə ediblər. Bu barədə “Novosti Voroneja” xəbər yayıb. Azərbaycanlı Rusiya ərazisindən çıxarılmalı idi. O, Staraya Veduqa kəndinin Federal Miqrasiya Xidməti İdarəsinin xüsusi müəssisəsində saxlanılırdı. Sentyabrın 30-da o, qardaşı ilə törətdikləri qanunsuz davranışın qarşısını almaq üçün gələn asayiş keşikçisinə və administrasiya əməkdaşlarına qarşı güc tətbiq edib. Polis əməkdaşı ondan qanunsuz davranışına son qoymağı tələb edib. Cavab olaraq isə həmyerlimiz bir neçə dəfə onu əli ilə vurub, daha sonra isə metal kətil ilə üzünə və bədəninə zərbələr vurub. Azərbaycanlını 216 dollar cərimə ediblər.(oxu.az) Geri dön |