Ana Sayfa > Xəbər > Vergilər Nazirliyindən müğənnilərə növbəti XƏBƏRDARLIQ - SİYAHI

Vergilər Nazirliyindən müğənnilərə növbəti XƏBƏRDARLIQ - SİYAHI


23-12-2015, 12:49. Yazar: admin
Vergilər Nazirliyindən müğənnilərə növbəti XƏBƏRDARLIQ - SİYAHI
Vergilər Nazirliyinin vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını açıqlamasından sonra, adı siyahıda yer almış bir sıra sənət adamları, o cümlədən “Şeron” qrupunun prodüseri Tərlan Ələkbərov mətbuata bildirib ki, vergiləri həmişə ödəyiblər, hazırda araşdırma aparırlar və vergi orqanlarını məhkəməyə verməyə hazırlaşırlar.

Məsələ ilə bağlı Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin açıqladığı siyahıya borclarının xeyli hissəsini ödəmiş şəxslərin adı daxil edilməyib:

“Vergilər Nazirliyinin vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin siyahısını açıqlayıb. Bu siyahıya, hələlik, borclarının xeyli hissəsini ödəmiş vergi ödəyicilərinin adları daxil edilməyib. Sadələşdirilmiş vergi ödəyiciləri olan şou-biznes nümayəndələri növbəti bəyannamələrini yanvar ayının ortasında təqdim etdikləri üçün daha geniş siyahı gələn ayın axırlarında təqdim olunacaq”.

Nazirlikdən verilən məlumatda qeyd edilib ki, həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək:

“Siyahıda adları göstərilmiş vergi ödəyiciləri qeydiyyatda olduqları vergi orqanlarına müraciət edərək, bütün sualları araşdırmalı və mümkün qədər qısa müddət ərzində vergi borclarını ödəməlidirlər. Əgər borclar müəyyən olunmuş müddətdə ödənilməzsə, onlara qarşı qanunda nəzərdə tutulmuş bütün tədbirlər görüləcək. Təbiidir ki, vergi ödəyiciləri də öz qanuni hüquqlarından istifadə edə bilərlər”.

Qeyd edək ki, Vergilər Nazirliyinin vergi borcu olan şou-biznes nümayəndələri aşağıdakılardır:

Şeron Qrupu MMC, Qasımov Ayaz Eyvaz oğlu, Hüseynov Zamiq Əsgər oğlu, İsmayılova Rəqsanə İsmayıl qızı, Nisanov Xəyyam Aleksandroviç, Bədəlov Emil Namiq oğlu, Cəlilov Yaşar Zahid oğlu, Süleyman Akif Süleyman oğlu, Axundov Rüfət Rafiq oğlu, Əliyev Ceyhun Abdul oğlu, Musayeva Sevinc Aydın qızı, Məmmədov Elvin Səyyad oğlu, Allahverdiyev Vüqar Zakir oğlu, Cavadov Yaqub İbad oğlu, Musayev İntiqam Bəhmən oğlu, Qasımov Natiq Yunus oğlu, Novruzlu Tural Sultan oğlu, Süleymanov Murad Süleyman oğlu, Bədəlov Namiq Əlihəsən oğlu, Əliyev Nizami Tofiq oğlu, Hüseynov Tural Məstan oğlu, Qafarov Azər Mirhüseyn oğlu, Rzayev Vasif Vaqif oğlu, Abdulov Sənan Salman oğlu, Rəcəbov Cavad Hənifə oğlu, Salmanov Emin Salman oğlu, Zeynalov Samir Nadir oğlu, Xalıqzadə Mehman Cahangir oğlu, Musayev Vüsal Sahib oğlu, Dadaşov Ramin Camal oğlu, Fərzaliyev Malik Şakərəm oğlu, Salmanov Elşad Bəhmən oğlu, Muxtarov Vaqif Fəqani oğlu, Nəcəfov Vasif Yusif oğlu, Dadaşov Nazim Camal oğlu, Abbasov Şöhrət Duman oğlu, Əliyev Elnur Elşən oğlu, Cavadov Rasim Əliəsgər oğlu, Bağıyev Mehman Zahid oğlu, Abdullayev Rafiq Tağı oğlu, Əhmədov Fariz Əziz oğlu.

Geri dön