Ana Sayfa > Xəbər > Məhərrəmov sədr müavini olacaq - Təqdimat
Məhərrəmov sədr müavini olacaq - Təqdimat23-12-2015, 12:28. Yazar: admin |
![]() Milli Məclis Azərbaycan Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun yenidən bu vəzifəyə təyin edilməsi ilə bağlı təqdimat irəli sürüb. Parlamentdən APA-ya verilən məlumata görə, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsi tərəfindən bununla bağlı plenar iclasa sənəd tövsiyə olunub. Bununla yanaşı, Cəfər Həsənovun, Firsənd Qurbanovun və Vaqif Həsənovun da yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması ilə bağlı təqdimat irəli sürülüb. Sənədlər plenar iclasa tövsiyə olunub və dekabrın 29-da keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Adil Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır. Geri dön |