Ana Sayfa > Xəbər > Bakıda vərəm dispanserində qətl törədən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib
Bakıda vərəm dispanserində qətl törədən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib23-12-2015, 12:17. Yazar: admin |
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vərəm dispanserində qətl törətməkdə təqsirləndirilən Əjdər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb. Geri dön |