Ana Sayfa > Xəbər > Abşeron rayon Təhsil Şöbəsində maliyyə nöqsanları aşkarlanıb
Abşeron rayon Təhsil Şöbəsində maliyyə nöqsanları aşkarlanıb8-04-2015, 17:49. Yazar: admin |
Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair aparılan audit nəticəsində məlum olub ki, şöbə tərəfindən xərc maddələri üzrə proqnoz göstəriciləri hazırlanarkən bir sıra hallarda müvafiq normativ-hüquqi aktların bəzi tələbləri gözlənilməyərək müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib. Hesabata əsasən, ayrı-ayrı təşkilatların xərc maddələri üzrə real tələbatları düzgün nəzərə alınmayıb, zərurət olmadığı halda xərc smetalarında dürüstləşmələr aparılıb, lakin xərc edilməyib, bəzi hallarda Vahid Büdcə Təsnifatının tələblərinə riayət edilməyərək vəsaitlərin təyinatı dəyişdirilib. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun tələblərinə düzgün əməl edilməyərək evdə fərdi təhsilə cəlb olunan uşaqların valideynlərinə uşaqların xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün yol pulu müavinəti, həmçinin evdə fərdi təhsilə cəlb olunan uşaqlara görə dərs deyən müəllimlərin əmək haqqına 50% əlavə edilərək, Uşaq Gənclər İdman Məktəbi üzrə 3 qrup və Texniki Yaradıcılıq Mərkəzi üzrə 2 qrup fəaliyyət göstərmədiyi halda faktiki keçirilməyən dərsdənkənar məşğələlərə (fakültativ və maraq dərnəklərinə) görə müəllimlərə, digər müəllimlər tərəfindən dərslər əvəz edilmədiyi halda həmin müəllimlərə artıq əmək haqqı, respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin təşkili və keçirilməsinə ayrılan xərclərin normalarının tələblərinin bəzi hallarda gözlənilməməsi nəticəsində artıq ezamiyyə xərci, məşqçi müəllimlərə və məktəbin rəhbər işçilərinin vəzifə maaşlarına 15% əlavə nəzərdə tutulduğu halda, həmin əlavə ümumi aylıq əmək haqqının məbləğinə hesablanıb və ödənilib. Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə əməl olunmayaraq orta məktəblərdə müvafiq laboratoriya avadanlıqları olmadığı halda 4 laborant ştatı saxlanılıb və müvafiq ödənişlər aparılıb, rayon ümumtəhsil məktəbləri kabinet sistemi ilə fəaliyyət göstərmədiyi halda, eləcə də müasir tədris avadanlığı və didaktik materiallarla təmin olunmadığı halda kabinə müdirliyinə görə əlavə əmək haqqı, şagirdlərin sayının az komplektləşdirilməsi nəticəsində Saray, Ceyranbatan, Novxanı və Görədil qəsəbələrində yerləşən orta məktəblərdə audit dövrü ərzində ümumilikdə 10 sinif komplekti artıq saxlanılaraq vəsait ödənilib, həmçinin istifadə olunmasına dair müvafiq təsdiqedici sənədlər olmadan dəftərxana ləvazimatları və təsərrüfat malları uçotdan silinib. Abşeron rayon Təhsil Şöbəsi tərəfindən təqdim edilən məlumatlarda məktəbdənkar müəssisələr üzrə 5 qrupun fəaliyyətinin dayandırıldığı, kabinə müdirliyinə görə əlavə haqqın ödənilməsinin tam dayandırıldığı qeyd olunub. Eyni zamanda, 12 nəfərə qarşı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 baş mühasibə, 1 aparıcı məsləhətçiyə, 5 məktəb direktoruna töhmət verilib, 5 məktəb direktoruna isə xəbərdarlıq edilib. Geri dön |