Ana Sayfa > Xəbər > Gediş haqqı qalxmayacaq – Rəsmi
Gediş haqqı qalxmayacaq – Rəsmi23-12-2015, 11:24. Yazar: admin |
![]() Nəqliyyat sektorunda hər hansı qiymət dəyişikliyi barədə heç bir müzakirə aparılmır. Hazırda bu bizim üçün aktual deyil. Dolların məzənnəsinin dəyişməsi yalnız dərmanların qiymətinə təsir göstərəcək. Bu sözləri Axar.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev məzənnə dəyişikliyinin nəqliyyat sektorunda qiymətlərə təsirindən danışarkən deyib. O, bu mövzuda Şura tərəfindən heç bir müzakirənin aparılmadığını bildirib. BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da şirkətə məxsus marşrut avtobuslarında gediş haqlarının artırılmasının nəzərdə tutulmadığını bildirib: “Bununla bağlı Tarif Şurasına müraciət etməmişik”. Qurum rəsmisi həmçinin qeyd edib ki, “BakuBus”a məxsus marşrut xətlərində süni qiymət artımı mümkünsüzdür: “Çünki ödəmə "Bakı kart"la aparılır. Odur ki, sərnişinlər rahat şəkildə avtobuslarımızdan istifadə edə bilərlər”. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-dən etibarən dollar üzən məzənnə rejiminə keçib. Geri dön |