Ana Sayfa > Xəbər > İtaliya Ərbildə konsulluq açdı - Kürdüstan reallaşır
İtaliya Ərbildə konsulluq açdı - Kürdüstan reallaşır23-12-2015, 10:56. Yazar: admin |
![]() İtaliya Şimali İraq Kürd Regional Rəhbərliyinin mərkəzi Ərbildə konsulluq açıb. Axar.az xəbər verir ki, açılış mərasiminə Regional Rəhbərliyin Baş naziri Neçirvan Bərzani ilə İtaliya Senatının sədri Pietro Qrasso qatılıb. Bərzani açılışda çıxış edərək İtaliyanın daima İŞİD-ə qarşı mübarizədə kürd bölgəsinə dəstək verdiyini bildirib: “İtaliyanın Ərbildə konsulluq açmasından məmnunuq. Bu, İtaliya, İraq və Kürdüstan arasındakı əlaqələrin hər baxımdan inkişafına yardım edəcək”. Qeyd edək ki, bir neçə gün öncə İtaliya Baş naziri Matteo Renzi Mosul su anbarını qorumaq üçün İraqa 450 hərbçi göndərəcəklərini açıqlamışdı. Geri dön |