Ana Sayfa > Xəbər > Həyəcan təbili: Rusiya terror hücumlarına hazırlaşır

Həyəcan təbili: Rusiya terror hücumlarına hazırlaşır


22-12-2015, 17:03. Yazar: admin
Həyəcan təbili: Rusiya terror hücumlarına hazırlaşır
Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikovdan xəbərdarlıq teleqramı alıb.

Publika.az xəbər verir ki, sənəddə Rusiyada terror aktlarının təhlükəsi haqqında bildirilir.

Tuleyevin sözlərinə görə, teleqramda Milad bayramı ərəfəsində terror təhlükəsinin arta biləcəyi barədə narahatlıq ifadə olunub.

“Rusiyanın ərazisinə artıq dəqiq hədəfləri olan terrorçular daxil olmağa başlayıblar. Onların məqsədi məhz Yeni il bayramları ərəfəsində insanların kütləvi toplandığı yerlərdə terror aktları təşkil etməkdir”, - regionun başçısı qeyd edib.

Qubernator bildirib ki, terror aktları barədə teleqramı ilk dəfədir alır: "Açıq deyirəm, belə bir həyəcanlı teleqramı ilk dəfədir alıram".

Amma analoji teleqramları daha əvvəllər Rusiyanın Sibir subyektlərinin bütün rəsmi hakimiyyət orqanları alıb.

Rusiya mediasının yazdığına görə, Bortnikov ötən həftə terror təhlükəsi ilə mübarizə haqqında hesabat verərkən Yeni il bayramları dövründə mümkün terror aktlarından danışmayıb.

Qeyd edək ki, bu il oktyabrın 14-də İŞİD Rusiyaya qarşı cihad elan edib. İŞİD Əl Qaidə və digər qruplaşmaları Rusiyaya qarşı birləşməyə çağırıb.

Geri dön