Ana Sayfa > Xəbər > Hüseyn Dəryanın oğlunun toyudur

Hüseyn Dəryanın oğlunun toyudur


22-12-2015, 15:21. Yazar: admin
Hüseyn Dəryanın oğlunun toyudur
Dekabrın 24-də mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin kiçik toyudur.

Vertikal.az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda reperin həyat yoldaşı Sona İbadova məlumat verib.

"Dekabrın 24-də paytaxtın ən məşhur restoranlarından birində oğlum Cahangirin kiçik toyu baş tutacaq. Şou-biznesdən bir çox tanınmışlar toy məclisində iştirak edəcəklər. Hüseyn 2014-ci ilin iyun ayında Cahangirə toy edəcəkdi, hətta restoran da seçmişdik. Mart ayında dünyasını dəyişdiyi üçün toy ertələndi. Qeyd edim ki, Cahangirin kirvəsi rejissor Kənan M.M.-dir", - deyə bildirib.
Geri dön