Ana Sayfa > Xəbər > "Lotu Quli"nin vəkilinin istəyi reallaşmadı
"Lotu Quli"nin vəkilinin istəyi reallaşmadı8-04-2015, 17:16. Yazar: admin |
Ali Məhkəmədə həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kamandar Nəsibovun kassasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Kamandar Nəsibovun şikayəti təmin edilməyib. Qeyd edək ki, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilən zaman onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb. Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib. Hökmdən narazı qalan K. Nəsibov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Lakin məhkəmə K.Nəsibovun şikayətini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib. Kamandar Nəsibov məhkəmənin ilkin baxış iclası qərarının ləğv edilməsi barədə kassasiya şikayəti verib. Geri dön |