Ana Sayfa > Xəbər > Baş Prokurorluq: Milli Təhlükəsizlik Nazirliyinin zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb

Baş Prokurorluq: Milli Təhlükəsizlik Nazirliyinin zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb


8-04-2015, 17:15. Yazar: admin
Baş Prokurorluq: Milli Təhlükəsizlik Nazirliyinin zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb
Bakıda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb.

Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 8-də səhər saat 10:00 radələrində Bakının Nərimanov rayon sakini Azər Əliyev yaşadığı Həsənoğlu küçəsi, 6 ünvanında çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar nəticəsində ölən şəxsin kimliyi müəyyən edilib. Ölən şəxs MTN-in zabiti, polkovnik-leytenant Azər Əliyevdir.

Geri dön