Ana Sayfa > Xəbər > “Xilafət”in ərazisi nə qədərdir? - İŞİD
“Xilafət”in ərazisi nə qədərdir? - İŞİD22-12-2015, 12:10. Yazar: admin |
İŞİD terrorçuları 2015-ci ildə nəzarət etdikləri torpaqların 14 faizini itirib. Axar.az xəbər verir ki, bu barədə İngiltərənin İHS Ceyns araşdırma institutunun yaydığı hesabatda bildirilib. Məlumata görə, suriyalı kürdlərin nəzarətindəki ərazilər çoxalıb. Buna səbəb isə ABŞ-ın rəhbərliyi ilə koalisiyanın kürdlərə birbaşa dəstəyi olub. Suriya-Türkiyə sərhədindəki Tel Abyad, İraqın Tikrit şəhəri və Beyci bölgəsi terrorçulardan təmizlənib. İŞİD ayrıca, Suriyanın Rakka şəhəri ilə İraqın Mosul şəhəri arasındakı magistral yolu da itirib. Təşkilatın məlumatına görə, İŞİD-in nəzarət etdiyi ərazi 12800 kvadrat kilometr azalaraq 78 min kvadrat kilometr olub. Sona çatmaqda olan ildə terrorçular yalnız Palmira və İraqın ən böyük əyaləti Ənbarın paytaxtı Ramadini işğal edə bilib. Geri dön |