Ana Sayfa > Xəbər > Rus iqtisadçı: “Çöküşümüz qonşulara da təsir edir”

Rus iqtisadçı: “Çöküşümüz qonşulara da təsir edir”


22-12-2015, 10:53. Yazar: admin
Rus iqtisadçı: “Çöküşümüz qonşulara da təsir edir”
Rusiya iqtisadiyyatının çöküşü qonşu ölkələrə də təsir edir.

Axar.az xəbər verir ki, bunu “Nezavisimaya qazeta”ya açıqlamasında rusiyalı iqtisadçı İqor Nikolayev söyləyib. Onun sözlərinə görə, belə halda devalvasiyadan qorunmaq çətindir:

“Bizim iqtisadiyyatımızın geriləməsi digər ölkələrə təsir edir. Bunun da nəticəsində hər kəs bir-biri ilə əlaqəli şəkildə çökür. Belə bir sistemin içində olmaqla devalvasiya yarışından kənarda qalmaq çox çətindir. Bu yarış həm də gizli xarakter daşıyır. Devalvasiya yarışı 2016-cı ildə də davam edəcək. ABŞ-ın Federal Rezerv Sisteminin qərarından sonra dollar güclənəcək. Əvəzində isə MDB ölkələrinin valyutaları bundan sonra da zəifləməyə başlayacaq”.

Qeyd edək ki, son iki il ərzində MDB ölkələrinin hər birinin valyutası devalvasiyaya məruz qalıb. Rusiya və Ukraynadan başlayan proses sonradan o biri ölkələrə də sıçrayıb.

Geri dön