Ana Sayfa > Xəbər > Yadplanetlilərlə tanışlığa az qaldı

Yadplanetlilərlə tanışlığa az qaldı


8-04-2015, 16:57. Yazar: admin
Yadplanetlilərlə tanışlığa az qaldı
10-20 il ərzində yadplanetlilərlə tanış ola bilərik. ANS PRESS-in məlumatına görə, bu açıqlamanı Amerika Kosmik Agentliyi - NASA-nın elm adamları veriblər.

NASA-nın qabaqcıl elm adamlarından olan Ellen Stofan Vaşinqtonda verdiyi açıqlamada “gələcək 10 il ərzində dünyadan kənarda həyat olduğuna dair güclü məlumatlara əldə edəcəyimizə və 10-20 il ərzində qəti sübutlara sahib ola biləcəyimizə inanıram" deyib.

Onun sözlərinə görə, artıq bu axtarışda ehtiyac olan texnologiyaya sahibdirlər. “Haraya, necə baxacağımızı bilirik".

NASA-nın Heliofizika bölməsinin direktoru Ceffri Nevmark da artıq məsələnin kosmosda həyat tapıb-tapa bilməyəcəkləri deyil. Məsələ bunu nə zaman tapacağımızdır. "Amma biz balaca yaşıl adamlardan yox, mikroblardan bəhs edirik".

Geri dön