Ana Sayfa > Xəbər > Yol polisi niyə qaydanı pozur? – Video

Yol polisi niyə qaydanı pozur? – Video


10-03-2015, 12:19. Yazar: admin
Yol polisi niyə qaydanı pozur? – Video
Bakıda yol-patrul xidməti avtomobili sürücüsünün yol-hərəkəti qaydalarını kobud həkildə pozmasını əks etdirən bu video sosial şəbəkələrdə yayılıb və ictimai marağa səbəb olub.

"Vertikal.az" avtosfer.az-a istinadən xəbər verir ki, videodan görünür ki, 10 YP 430 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü hərəkət zolaqları üzrə yerdəyişmə edərkən keçmək istədiyi zolaqda düzünə hərəkət edən avtomobilə mane olur. Həmin avtomobil siqnal verəndən sonra YPX avtomobilinin sürücüsü əyləci basır və yenidən öz zolağına qayıdır. Bu, İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmadır. Buna görə 40 manat cərimə nəzərdə tutulur. Patrul avtomobili hərəkət üstünlüyünə malik olsa da, bu üstünlükdən istifadə üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Əgər bu videodakı kimi həmin işıq və səs siqnalını qoşmadan qaydaları pozarsa, onu idarə edən əməkdaş adi sürücü kimi inzibati məsuliyyətə cəlb edilməlidir.



Geri dön