Ana Sayfa > Xəbər > Helmandda bir rayon Talibanın əlinə keçdi
Helmandda bir rayon Talibanın əlinə keçdi21-12-2015, 13:07. Yazar: admin |
|
Taliban Əfqanıstanın cənubundakı Helmand vilayətində strateji rayonu nəzarətinə alıb. Helmand valisinin müavini Mohammad Jan Rasoolyar dekabrın 21-də deyib ki, bir neçə günlük döyüşlərdən sonra Sangin rayonu yaraqlıların əlinə keçib. Rasoolyar deyir ki, ərazidəki ordu obyektləri yaraqlıların əlinə keçməyib. Döyüşlər davam edir. Dekabrın 19-da Rasoolyar facebook vasitəsilə Prezident Ashraf Ghani-yə xəbərdarlıq edib ki, mərkəzi hakimiyyət kömək etməsə, Helmand təhlükədədir. O, son bir ayda 90-dan artıq təhlükəsizlik qüvvəsinin həlak olduğunu bildirib. Helmand Talibanın mühüm bazası sayılır, dünya tiryəkinin böyük hissəsi burda istehsal olunur. Ötən il ABŞ-ın rəhbərlik etdiyi koalisiya Əfqanıstanda missiyasını rəsmən bitirəndən sonra ölkədə zorakılıq artıb. Geri dön |