Ana Sayfa > Xəbər > “ASAN Xidmət” 5 gün işləyəməcək
“ASAN Xidmət” 5 gün işləyəməcək21-12-2015, 11:17. Yazar: admin |
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar beş gün işləməyəcək. Bu barədə AzVision.az-a agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Məlumata görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar bütün “ASAN Xidmət” mərkəzlərində 31.12.2015 – 4.01.2016-cı il tarixində qeyri-iş günü olacaq. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı Azərbaycanda bayram günləri elan edilib. 2016-ci il, 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq. Geri dön |