Ana Sayfa > Xəbər > İtkin düşən neftçilərdən SON XƏBƏR

İtkin düşən neftçilərdən SON XƏBƏR


18-12-2015, 16:58. Yazar: admin
İtkin düşən neftçilərdən SON XƏBƏR
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az saytına verdiyi son məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-8” yanğınsöndürmə gəmisi ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işlərini davam etdirir:

“Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir”.

Dekabrın əvvəlində “Günəşli” yatağındakı baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən 23-nün cəsədi hələ də tapılmayıb.

Geri dön