Ana Sayfa > Xəbər > Yunanıstanda etirazlar baş qaldırdı
Yunanıstanda etirazlar baş qaldırdı8-04-2015, 15:34. Yazar: admin |
Yunanıstanın paytaxtı Afinada bir qrup şəxs həbsxanaların bağlanması və dövlətə qarşı cinayət törətməkdə təqsirli bilinən məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçiriblər. AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında baş verən qarşıdurma zamanı 5 nəfər saxlanılıb. Polisə daş ataraq hücum edən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Üzlərində maska olan etirazçıların ətrafa maddi ziyan vurduğu, mağaza və iş yerlərinin şüşələrinin sındırdığı və bəzi avtomobilləri yandırdığı bildirilir. Onlar müxtəlif şüarlar səsləndirərək parlament binasına qədər yürüş keçiriblər. Parlament qarşısında nümayiş keçirən aksiya iştiraçıları əsgər abidəsi və parlamentin divarına “Çiçəklər”, “Həbsxanalar yandırılsın” sözlərini yazıblar. Aksiya zamanı polisə Molotov kokteyli atılıb və etiraz mitinqi gecə saatlarına qədər davam edib. Geri dön |