Ana Sayfa > Xəbər > Permyakovun məhkəməsi keçirilir
Permyakovun məhkəməsi keçirilir18-12-2015, 13:06. Yazar: admin |
![]() Bu gün Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakov işi üzrə məhkəmə işi başlayıb. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Məhkəməyə Arutyun Movsisyan sədrlik edir. Məhkəmə 102-ci Rusiya hərbi bazasının ərazisində keçirilir. Permyakov tərcüməçi və vəkillə təmin olunub. Məhkəmə zalında zərərçəkənlərin yaxınların iştirak edir. Proses başlamazdan əvvəl öldürülən Asmik Avetesyanın bacısı Rita Petrosyan Valeri Permyakovun cinayəti təkbaşına törətdiyinə inanmadığını bildirib. Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib. Geri dön |