Ana Sayfa > Xəbər > Nazir müavinin müsahibəsi Mikayıl Cabbarovun qəzəbinə tuş gəlib...
Nazir müavinin müsahibəsi Mikayıl Cabbarovun qəzəbinə tuş gəlib...18-12-2015, 11:08. Yazar: admin |
![]() Oktyabrın 16 - da Təhsil Problemləri İnstitutunun təşkil etdiyi “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” adlı Respublika elmi konfransında təhsil nazirinin müavini Firudin Qurbanovun təhsilimizlə bağlı etirafı təhsil nazirinin xoşuna gəlməyib. Bu barədə saytımıza Təhsil Nazirliyindən maraqlı məlumat daxil olub. Qeyd edək ki, təhsil nazirinin iştirak etmədiyi bu tədbirdə nazirliyi təmsil edən Firudin Qurbanov bunları deyib: "Baxmayaraq ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olub, amma yenə də biz təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik”. Təhsil naziri Cabbarov keyfiyyətin yüksəldilməsindən, onun müavinin isə keyfiyyətin lazımı səviyydə olmamasından danışır. Bu paradoksdur. Mənbə bildirir ki, həmin tədbirdə Mikayıl Cabbarovun apardığı islahatlardan söhbət açılmayıb. Bu onu göstərir ki, institutun direktoru Qulu Novruzov nazirə qarşı olan kinini heç cür gizlədə bilmir. Yəqin ki, yaxın zamanlarda onun müavini Faiq Şahbazlı ilə əvəzlənməsi gözlənililir. Maraqlıdır ki, həmin ərəfədə jurnalist Eynulla Fətullayev Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayevə ilə müsahibəsində Mikayıl Cabbarovun təhsilə heç bir dəyişiklik gətirə bilməməsi barədə Nərgiz xanıma sual ünvanlamışdı. Firudin Qurbanovla Eynulla Fətullayevin fikirlərinin üst-üstə düşməsi də diqqətçəkən məqam hesab oluna bilər... Geri dön |