Ana Sayfa > Xəbər > Natavandan ittihamlara cavab - “Kiminsə haqqına girmədən...”
Natavandan ittihamlara cavab - “Kiminsə haqqına girmədən...”18-12-2015, 11:05. Yazar: admin |
![]() “Bu şəklimi yayda çəkdirmişəm. Bir daha paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktiki cavabım olsun. Şəkil “Natavan niyə yalan deyirsən, estetik etdirmisən” yazanlar üçündür. Makiyajsız halım budur”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi onu plastik əməliyyat olunmaqda ittiham edənlərə cavab verib: “Makiyaj və rəngli linzalar görünüşümü dəyişdirir, normal haldır. Yalanla aram yoxdur, heç kimdən qorxmuram ki, gizlədim. Əməliyyat etdirsəm deyərəm, edənlərə də pis baxmıram. Hər xanım gözəl olmağa laiqdir. Olmayan şeyləri boynuma alıb susmaram. Odur ki, kiminsə haqqına girmədən yaşayaq. Allaha çox şükür ki, görünüşümdən o qədər də şikayətçi deyiləm. Amma lazım olduqda hansısa düzəlişlər edərəm. Səhnə gözəlliyi sevir”. Geri dön |